Modern.az

Əfqanıstanda qarlı havada ölənlərin sayı 100  oldu - Yenilənib

Əfqanıstanda qarlı havada ölənlərin sayı 100  oldu - Yenilənib

Aktual

5 Fevral 2017, 22:26

Əfqanıstanda qar uçqununda ölənlərin sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətdə ölənlərin sayı 100 nəfəri ötüb.

Məlumata görə, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb. Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.

 

20:02

 

Əfqanıstanda yağan güclü qar səbəbindən həyatını itirənlərin sayı 54 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlama verib.

Nazirin sözlərinə görə, ölkənin 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı son 3 gündə 54 nəfərə çatıb. Daha 42 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.

 

 

15:44

 

Son bir neçə gündür Əfqanıstanın bəzi bölgələrində dəhşətli əlverişsiz hava şəraiti tüğyan edir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Badahşan əyalətində son iki gündə güclü qar yağması səbəbindən 19 nəfər ölüb və 17 nəfər yaralanıb.

 

Bundan əlavə, Əfqanıstanın paytaxtı Kabilə də güclü qar yağıb. Nəticədə bir neçə əsas magistral yol başlanıb, 250-dən çox avtomobil yollarda qalıb.

 

Kabildə ofisləri yerləşən çox sayda təşkilatda da qar yağması səbəbindən iş dayandırılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU