Modern.az

"Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ATƏT-in fəallaşacağına ümid edirəm"

"Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ATƏT-in fəallaşacağına ümid edirəm"

Aktual

5 Fevral 2017, 15:59

ATƏT-in bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəsləyirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində deyib:

 “Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”.

Lavrov hazırda ATƏT-ə sədrlik edən Avstriyanın təşkilatın əhatə etdiyi məkanda münaqişələrin həllinə daha çox diqqət yetirəcəyinə ümid ifadə edib. Onun fikrincə, bu, ilk növbədə, Ukrayna böhranına aiddir.

Sergey Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU