Modern.az

Yevlaxda antik dövrə aid arxeoloji materiallar aşkarlanıb

Yevlaxda antik dövrə aid arxeoloji materiallar aşkarlanıb

Aktual

5 Fevral 2017, 18:02

Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. Məlumata görə, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb. Akarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU