Modern.az

Köçkün qəsəbəsində intihar: Qadın özünü 7-ci mərtəbədən atdı

Köçkün qəsəbəsində intihar: Qadın özünü 7-ci mərtəbədən atdı

5 Fevral 2017, 21:19

Məcburi köçkün qadın özünü 7-ci mərtəbədən ataraq intihar edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib. Belə ki, Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

 

Məlumata görə,  S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.  Faktla bağlı Bərdə rayon Prokurorluğu  araşdırma başlayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?