Modern.az

Xəzərdə qalmış 2 balıqçı xilas edildi

Xəzərdə qalmış 2 balıqçı xilas edildi

6 Fevral 2017, 09:20

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi 2 balıqçını xilas edib.

Bu haqda DSX-nın Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumatda bildirilib.

Fevralın 3-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.

Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU