Modern.az

Dəyanət Rzayevin anası narazıdır: “İntihar, yoxsa qəsddir, demirlər”

Dəyanət Rzayevin anası narazıdır: “İntihar, yoxsa qəsddir, demirlər”

Aktual

6 Fevral 2017, 14:31

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev bir müddət öncə özünü yaşadığı evdə kəmərlə asaraq, intihar edib.

Psixoloqun cəsədini onun yaşadığı evdə anası Şərqiyyə Rzayeva aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.

 

Mərhumun anası Şərqiyyə Rzayeva Modern.az-a növbəti açıqlamasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını bildirib:

“Bizə heç bir məlumat verilmir. Bildirirlər ki, araşdırmalar davam edir”.

 

O, araşdırma nəticələrinin nə vaxt açıqlanacağı barədə də məlumatsız olduğunu deyib:

“Heç nə deyilmir. İntihardır, qəsddir bilmirəm”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU