Modern.az

Pakistanın Bakıdakı səfiri Kəşmir münaqişəsinə görə Hindistanı ittiham etdi

Pakistanın Bakıdakı səfiri Kəşmir münaqişəsinə görə Hindistanı ittiham etdi

Aktual

6 Fevral 2017, 15:49

“Camu və Kəşmirdə son bir neçə ay ərzində 12 min insan heç bir səbəb olmadan Hindistan qüvvələri tərəfindən nəzarət altına alınıb”.

Modern.az saytının xəbərinə görə,  bunu  5 fevral - Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib.

Səfirin sözlərinə görə, ötən ilin iyunundan bu yana 117 nəfər qətlə yetirilib:

"Bu, son 6 ayın statistikasıdır. Qeyd edilən müddətdə 16 mindən çox insan yaralanıb. Qadağan edilmiş güllələrdən istifadə nəticəsində 6 min insan zərər çəkib, onlardan 307 nəfəri görmə qabiliyyətini itirib, 12 min isə gözündən müxtəlif xəsarətlər alıb. 65 min ev və məntəqə Hindistan qüvvələri tərəfindən məhv edilib. Kəşmir bir insanlıq faciəsidir.  

Biz qarşı tərəfi sülhə çağırırıq. Pakistan Azərbaycana bu məsələdə dəstəyinə görə, təşəkkürünü bildirir”.

 

Aqşin Kərimov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB