Modern.az

Bakıda püskürən vulkanın diametri 300 metrdir

Bakıda püskürən vulkanın diametri 300 metrdir

Aktual

6 Fevral 2017, 17:41

Bu gün günortadan sonra Bakıda vulkan püskürüb.  Hadisənin  Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verdiyi söylənilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Modern.az-a açıqlamasında vulkanın dəqiq püskürdüyü ərazi barədə bunları deyib.

“Bu vulkan Səngəçal qəsəbəsində püskürməyib. Məlumat yanlış olaraq yayılıb. Vulkan Qaradağ sement zavodunun yaxınlığında, 6-7 km məsafədə,  Qaradağ Dəmiryol Stansiyasından 5 km şimal qərbdə yerləşir. Forma baxımından kəsilmiş konus şəklindədir.

"Otmanbozdağ" vulkanı dünyanın ən böyük palçıq vulkanlarındandır. Diametri 300 metrdir. Bu vaxta qədər bu vulkanın 1845, 1951 və 1961-ci illərdə güclü püskürməsi qeydə alınıb.

 

Xaric etdiyi məhsulların ümumi sahəsi 1000 hektardan çoxdur. Həmin məhsulların orta qalınlığı 120 metrdən çoxdur. Bu zamana qədər püskürmə məhsullarının yaratdığı  həcm 1,2 milyard kubmetrdir. Hal-hazırda təhlükəsizlik baxımından həmin vulkan üzərinə çıxmaq məqsədəmüvafiq deyil. Ona görə də ölçmə işləri sabah da davam etdiriləcək”.

Vulkanın təhlükəli olmasına gəlincə, direktor bildirib:

 

“Vulkanın yaxınlığında yaşayış obyektləri yoxdur. Ona görə də təhlükəsizdir. Amma bu vulkanın partlaması həmin çat üzərində yerləşən digər vulkanların da püskürməsinə səbəb ola bilər. Bu da bir ehtimaldır”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB