Modern.az

Dünyanın qanlı münaqişə ocaqları: Siyahı

Dünyanın qanlı münaqişə ocaqları: Siyahı

Aktual

6 Fevral 2017, 20:16

Dünyada qanlı müharibələr yeni-yeni əraziləri əhatə edir. Dinc sakinlər ölürlər. Qurbanların və köçkünlərin sayı gündən-günə artır və dəqiq hesablama aparmaq da mümkün deyil. Yeni qüvvə ilə "qalan" münaqişələr də alovlana bilər. Beləliklə, bizim planetin ən sakit olmayan əraziləri haralardadır?

Modern.az bu əraziləri təqdim edir.

 

Əfqanıstan

 

Əfqanıstanın milli ordusu, NATO “Taliban”, ”İslam Cihadçıları İttifaqı” və “Əl-Qaidə”yə qarşı vuruşur. Bu ölkədə ABŞ-ın da dəstəyi ilə digər islamçı qruplaşmalarla, çoxsaylı terrorçu qruplaşmalara qarşı mübarizə gedir. NATO ordusunun əsas hissəsi ölkədən çıxarılandan sonra  uzunmüddətli müharibənin yeni mərhələsi başlayıb.

 

Hindistan, Pakistan

 

Hinsitan və Pakistan arasındakı Kəşmir mübahisəsi 1949-cu ildən, hər iki dövlət müstəqillik əldə edəndən bəri davam edir.  Son zamanlar iki ölkə sərhədində hərbi qarşıdurmalar baş verir.

 

Qəzza sektoru

 

Burada İsrailin müdafiə ordusu, HAMAS (Fələstin “İslam müqavimət hərəkatı”), FƏTH (“Fələstinin milli azadlığı uğrunda hərəkat”) qarşı-qarşıya gəlir.

İsrail yəhudi uşaqların oğurlanması və raket atəşlərindən sonra Qəzza sektorundakı terrorçu təşkilatların məhv edilməsi üçün əməliyyatlara başlayıb. Bu regiondakı münaqişə uzun illərdir səngimir. 

 

İraq

 

İraq-Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində öz dövlətini – Xəlifə qurmaq istəyir. Kürdlər də İraqdan ayrılıb öz muxtariyyatlarını qurmağı planlaşdırır.

 

Suriya

 

“Ərəb baharı” regionda hökumət qüvvələri və müxalifəti üz-üzə qoyub. Sonradan mübarizəyə minlərlə üsyançı qruplaşmalar da qoşulub. 

 

Ukrayna

 

Ukraynada hakimiyyət dəyişikliyindən sonra bu ölkənin silahlı qüvvələri ilə Rusiyanın dəstəyi ilə öz müstəqilliklərini elan edən “Luqansk Xalq Respublikası” və “Donbas Xalq Respublikası” separatçıları arasında qarşıdurma yaranıb. Bu prosesin başlanğıcında Rusiya Krımı da ilhaq edərək öz ərazisi elan edib.

 

Sahel regionu

 

Sahel bu gün qulların, narkotik və silah ticarətçilərinin ən böyük bazarı, eləcə də çoxsaylı terror təşkilatının sığınacaq yeridir.

Beş il əvvəl regionu humanitar böhran cənginə alıb, ardınca ərzaq böhranı yaşanıb. Burada tez-tez hökumət qüvvələri və radikal islamçılar, partizan dəstələri arasında qarşıdurma qeydə alınır. Münaqişədə Fransa ordusu da iştirak edir.

 

Nigeriya

 

Nigeriya rəhbərliyi ölkə ərazisinə şəriət qaydalarını gətirməyə və Qərbyönümlü həyat tərzinin kökünü kəsməyə cıhd edən təşkilatlarla mübarizə aparır.

Sekta terror aktları, edamlar və dinc sakinlərinin oğurlanmasını həyata keçirir. Təkcə xristianlar deyil, sülh əhval-ruhiyyəli müsəlmanlar da zorakılıqla üzləşir.

 

Cənubi Sudan

 

Ölkə xaosla yüklənib – prezident vitse-prezidentə və onun tərəfdarlarına qarşı hərbi çevriliş cəhdi elan edəndən sonra çoxsaylı qarşıdurmalar və silahlı toqquşmalar qeydə alınıb. Uqanda ordusunun ölkədəki mövcudluğu da münaqişəni uzadır. Sonuncu qüvvə Cənubi Sudan hökumətini dəstəkləyir.

 

Mərkəzi Afrika Respublikası

 

Mərkəzi Afrika Respublikasında vətəndaş müharibəsi uzun illərdir davam edir. Bu, “Seleka” müsəlman təşkilatı və “Anti-Balaka” xristian qruplaşmaları arasındakı qanlı qarşıdurmadır. Qarşıdurma amansız qətllərlə, o cümlədən uşaqların da, kannibalizm (adam yemək) və zorakılıqla müşayiət olunur.

 

Misir

 

Hərbi hökumət qüvvələri silahlı qruplaşmalara qarşıdurmaya cəlb olunub. Münaqişə ölkənin prezident Hüsnü Mübarək devriləndən sonra alovlanıb.

 

Liviya

 

Liviyada inqilabın qalib gəlməsinə və ölkənin lideri Müəmmar Qəddafinin edam olunmasına baxmayaraq, müxtəlif qruplaşmalar arasında hökumət uğrunda silahlı toqquşmalar davam edir. Münaqişəni xarici güclər qızışdırır, nəticədə Liviya ərazisində hibrid mübaribəsi başlayıb.

 

Somali

 

Dövlət ordusu və islamçı qruplaşmalar arasında qarşıdurma uzun illərdir davam edir. Ölkənin cənubu və mərkəzi artıq hakimiyyətin nəzarəti altındadır, ancaq üsyançılar ölkənin qalan hissəsində hələ də hökmranlıq edir.

 

Yəmən

 

Xuta qruplaşması Yəmənin prezidentinə qarşı çıxır. Hökumət obyektlərin bu qruplaşmanın nəzarəti altındadır. Bundan əlavə, ölkə ərazisində “Əl-Qaidə” də fəaliyyət göstərir.

 

Konqo Demokratik Respublikası

 

Xalq xutu və tutsi xalqları - torpaq mülkiyyətçiləri və köçərilərin nümayəndələri arasındakı münaqişə uzun illərdən bəri davam edir. Ölkənin şərqi şimala qarşı durur. Əvvəllər bu qəbilələr arasında qanlı müharibə Uqanda, Ruanda və Burundidə baş verirdi.

 

Kolumbiya

 

Hökumət, FARK və Milli Azadlıq Ordusu, eləcə də digər hərbi qruplaşmalar arasındaçoxsaylı toqquşmalar baş verir. Terror aktları, dinc əhaliyə qarşı hücumlar çoxsaylı itkilərə səbəb olur.

 

Meksika

 

Hökumət ordusu və narkotik kartellərinin qarşıdurması hərbi toqquşmalara gətirib çıxarıb. Kartellərin mübarizəsi təkcə trafik uğrunda yox, həm də infrastruktur obyektləri – dəniz limanları, sərhəd şəhərləri və avtomobil yolları uğrunda gedir.

Dövlət orqanları və polisdəki baş alıb gedən korrupsiya münaqişənin uzanmasına kömək edir.

 

Myanma

 

Ölkənin şimal rayonlarında, Tailand və Çinlə sərhəddə hökumət qüvvələri və müxtəlif qruplaşmalar arasında hərbi münaqişə gedir.

 

Qalan münaqişələr

Şimali Koreya, Cənubi Koreya

 

Ölkələr arasında münaqişə uzun illərdir davam edir. Münaqişə dəfələrlə iki ölkə arasında hərbi toqquşmaya keçib. Vəziyyətin gərginləşməsinə ən bariz sübut Şimali Koreyanın nüvə bombasını sınaqdan keçirməsi olub. Koreya Xalq Demokratik Respublikasının son iki sınağı 2016-cı ildə baş tutub.

 

Çin, Malayziya, Bruney, Vyetnam, Yaponiya

 

Çin və Vyetnam arasında Parasel adalarının mənsubiyyəti üzrə ərazi mübahisəsi davam edir. Spratli regionundakı arxipelaq adalarını Vyetnam, Çin, Malayziya, Bruney və Fillipin “bölüşür”. Rif Skarboro obyekti Çin və Filippin arasında mübahisə mənbəyidir. Bu məsələyə görə Yaponiya odun üzərinə benzin tökür.

 

Filippin          

 

Ölkədə partizan müharibəsi ən uzun münaqişlərdən biri hesab olunur. Münaqişənin əsası – çoxluq katoliklər – 97 faizə yaxın) və azlıq (müsəlmanlar – 3 faizə yaxın) dini zəmindədir. Hakimiyyət uzun ilərdir üsyançılarla danışıq aparır. Əbu Səyyaf islamçı qruplaşması ölkədə ən təhlükəli hesab olunur.

Ölkənin cənubunda hərbi qruplaşmalar fəaliyyət göstərir. Onlar vətəndaşlara və dövlət obyektlərinə hücum edir. Sərhəd  boyunca narkotik alverçiləri və digər cinayətkar dəstələr meydan oxuyur.

 

Uqanda

 

Hökumət qüvvələri və üsyançılar arasında müharibə başa çatıb. Lakin ölkədə çox sayda hərbi qruplaşmalar azğınlıq edirlər.

 

Çad

 

Ölkənin şimalında müsəlmanlar və cənubunda xristianlar arasında münaqişə gərginləşir. Bu, əsasən Kamerun, Liviya və Sudanla sərhəd ərazilərdə baş verir.

 

Birma

 

Ölkəni hərbi rejim idarə edir. Münaqişə bölgəsi Tailand, Hindistan və Çinlə sərhəd boyu yerləşir. Ölkədə 30-a yaxın üsyançı təşkilat, qruplaşma olduğu bildirilir. Münaqişə asanlıqla vətəndaş müharibəsinə keçə bilər.

 

Nikaraqua

 

Ölkədə sandinstlər və “kontras”lar mübahisə edirlər. Münaqişənin vətəndaş müharibəsini keçmək ehtimalı yüksəkdir.

 

Ermənistan və Azərbaycan

 

Bu iki ölkə arasında etnik-dini münaqişə uzun illərdir davam edir. İki ölkə arasında sonuncu uzunmüddətli döyüş 2016-cı ilin aprelində qeydə alınıb.

 

Gürcüstan

 

Gürcülər və abxazlar arasındakı mübahisə 80-ci ilərin axırlarından gərginləşib. Bu qarşıdurmada Abxaziya (SSRİ vaxtı Gürcüstanın tərkibində muxtariyyat) müstəqilliyə can atır.

 

Özbəkistan, Qırğızıstan, Tacikistan

 

Özbəkistan Qırğızıstan və Tacikistana qarşı ərazi iddiası ilə çıxış edir. Bu ölkələr arasında münasibətləri gərginləşdirə və hərbi münaqişəyə keçə bilər.

Bu ölkələrin sərhəd rayonlarında dünyanın ən iri narkotik trafiklərindən biri uğrunda dəstələr arasında toqquşmalar da qeydə alınır.

 

Serbiya, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya

 

Yuqoslaviyanın parçalanmasından sonra  xristianlar və müsəlmanlar arasında münasibətlər pisləşib – kəskin entik münaqişə yaranıb. Bosniyada hələ də sakitlik yoxdur. Regionda vətəndaş müharibəsi yenidən başlaya  bilər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB