Modern.az

Qadını vuran sürücü hadisə yerindən qaçıb - Video

Qadını vuran sürücü hadisə yerindən qaçıb - Video

Aktual

6 Fevral 2017, 20:41

Şəmkirdə sürücü 38 yaşlı piyadanı vurub. Modern.az saytı xəbər verir ki, ARB-nin məlumatına görə, hadisə Şəmkir rayonun Qasımallar kəndində yol-nəqliyyat hadisəsi baş verib. Kənd sakini 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıb.

Təranə Hüseynova - Zərərçəkənin baldızı: "Uşaq qışqırıb ki, gəlin anama kömək edin. Üçü də maşına minib gediblər. Bizim bir xahişimiz odur ki, vuranları tapsınlar".

Yaralı əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB