Modern.az

Yeni nəsil şəxsiyyət vəsiqələrində YENİLİK

Yeni nəsil şəxsiyyət vəsiqələrində YENİLİK

Aktual

6 Fevral 2017, 22:40

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun yaradılması layihəsinə yaxın mənbə bildirib.

 

Mənbənin məlumatına görə, sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür: “Hər şey istifadə olunan çiplərin yaddaş həcmindən asılı olacaq”.

 

Daha əvvəl şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartlarının məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilirdi.

 

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB