ABŞ-ın Yazu-Siti şəhərində (Missisipi ştatı) silahlı insident baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, gecə klubunun avtomobil dayanacağında baş verən atışma nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi hadisə yerində, daha ikisi xəstəxanada ölüb. İlkin məlumata görə, hadisə mübahisə zəmində baş verib. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.
Modern.az