Qondarma Cənubi Osetiya Respublikasının “prezidenti” Leonid Tibilov respublikanın adının dəyişdirilməsi üçün referendum təyin olunması ilə bağlı fərman imzalayıb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, “Konstitusiya” dəyişikliyindən sonra “Cənubi Osetiya Respublikası” “Alaniya Respublikası” adlanacaq.
“Bizim dövlətin tarixi adının bərpa edilməsi ilə bağlı referendum 2017-ci il aprelin 9-da keçiriləcək”, - Leonid Tibilovun imzaladığı sənəddə qeyd edilir.
Modern.az