Modern.az

“Bütün üzvlər Alyansa üzvlük haqqı ödəsin” - Tramp

“Bütün üzvlər Alyansa üzvlük haqqı ödəsin” - Tramp

Aktual

7 Fevral 2017, 00:36

“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil,  bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə bildirib.

 

D.Tramp vurğulayıb ki, NATO-ya cəmi 5 ölkənin üzvlük haqqı ödəməsi doğru deyil.

 

Qeyd edək ki, yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb. O bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB