Modern.az

Bakıda ingilis dili müəllimlərinin forumu keçiriləcək

Bakıda ingilis dili müəllimlərinin forumu keçiriləcək

Aktual

7 Fevral 2017, 09:40

Martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin İngilis dili müəllimlərinin forumu keçiriləcək.

Modern.az xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunacaq forumun əsas məqsədi İngilis dili fənnini tədris edən, yeni proqramlarda işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən İngilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.

Qeyd edək ki, bu sahə üzrə fəaliyyət göstərən müəllimlər foruma təqdimatçı və ya iştirakçı qismində qatıla bilər. Həm iştirakçı, həm də təqdimatçı kimi qatılmaq istəyən müəllim forum sessiyası zamanı həmçinin, 1 saatlıq təqdimat etməlidirlər.

Forumda iştirak etmək istəyən müəllimlər fevralın 28-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna müraciət edə bilərlər.



Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB