Modern.az

İŞİD liderinin gizləndiyi yer məlumdur

İŞİD liderinin gizləndiyi yer məlumdur

Aktual

7 Fevral 2017, 11:08

İraqın baş naziri  Hayder əl-Abadi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr əl-Baqdadinin gizləndiyi yerin müəyyənləşdirildiyini bəyan edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, o, ətraflı danışmayaraq terrorçuların liderinin təcrid olunduğunu deyib.

 

“Biz onun köməkçilərinin çoxunu məhv etmişik, o, tək qalıb. Onun demək olar ətrafında heç kim qalmayıb. O, təcrid olunmuş vəziyyətdədir, biz onun yerdəyişmələrini izləyirik”, - baş nazir söyləyib.

 

Dekabr ayının ortalarında İraqın xüsusi təyinatlı qüvvələrinin komandiri Fadil Barvari İŞİD liderinin Mosulda bunkerdə gizləndiyini bəyan etmişdi.

Yanvarın 23-də isə bir sıra KİV İŞİD liderinin yaralandığı və vəziyyətinin ağır olduğu haqda informasiya yayıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB