Modern.az

Putin Ruhani ilə Qarabağı müzakirə edəcək

Putin Ruhani ilə Qarabağı müzakirə edəcək

Aktual

7 Fevral 2017, 12:24

İran prezidenti Həsən Ruhaninin mart ayının son günündə Moskvaya səfəri zamanı Suriya problemi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

 

“Ruhaninin səfəri mart ayının son günlərinə planlaşdırılır. Rusiya rəhbərliyi ilə danışıqların gedişində ikitərəfli siyasi və ticarət-iqtisadi sahədə əməkdaşlığın əsas məqamları müzakirə olunacaq.

 

Bundan əlavə, sözsüz ki, regional əhəmiyyət kəsb edən vacib məsələlər, Əfqanıstandakı vəziyyət, Xəzər dənizi problemi, Dağlıq Qarabağ münaqişəsi də gündəlikdə olacaq” - deyə səfir vurğulayıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB