Bu, onların Gürcustana repatriasiyasını əngəlləyə bilər
Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin bu il martın 26-da keçirilən qurultayı qanundankənardır. Bu sözləri Modern.az saytına sonuncu qurultayda sədr vəzifəsindən uzaqlaşdırılan Şəmsəddin Sərvərov yaranan narazılıqlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, 26 mar tarixli toplantı ötən il keçirilən 7-ci qurultayda uduzan və nəticələrlə razılaşmayan bir qrup şəxsin kecirdiyi iclasdır: “Bu qurultayın cəmiyyətin idarə heyəti ilə heç bir əlaqəsi yoxdur. Bu əsasız və qanunsuz qurultayı keçirənlər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi idarəsinin alay komandirinin müavini, polis polkovnik-leytenantı Əli Ağalıyev, iş adamı Namiq Muradov, əvvəllər Saatlı rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış Sabircan Cəlilov, Saatlı rayonu Şirinbəy kənd sakini Fərzi Əşrəfovdur.
157 nəfər nümayəndənin iştirak etdiyi və Fərzi Əşrəfovun sədr secildiyi yığınçağın qeyri-qanuni olduğunu sübüt edən faktlar kifayət qədərdir. Belə ki, “Vətən” Cəmiyyətinin 9 oktyabr 2010-çu il tarixində kecirilən 7-ci qurultayında Fərzi Əşrəfovun sədrliyə namizədliyi açıq səsvermə yolu ilə qeydə alınmadı. Belə bir sual ortaya çıxır, əgər birinçi qurultayda Fərzi Əşrəfovun cəmiyyət sədrliyinə namizədliyi qeydə alınmayıbsa, neçə olur ki, 7-çi qurultayın ikinçi iclası kimi adlandırdıqları yığıncaqda o, cəmiyyətə sədr seçilir? Bundan əlavə, əgər bu 7-ci qurultayın ikinci iclasıdırsa, onda bu yığıncaqda da qurultayda iştirak etmiş mandatın nümayəndələri iştirak etməli idi. Yenidən təşkilat komitəsinin yaradılmasına və eləcə də 7-çi qurultayla əlaqəsi olmayan şəxslərə yeni mandatların verilməsinə eytiyac yox idi”.
Ş.Sərvərovun sözlərinə görə, martın 26-da keçirilən 7-ci qurultayın ikinçi iclası adlandırılan toplantıda 50-dək mandatlı qurultay nümayəndəsi iştirak edib: “Yığınçaqda iştirak edən digər 100 nəfərin isə qurultayla heç bir əlaqəsi olmayıb. Onlar sadəcə olaraq kvorumu saxlamaq üçün ora yığılan insanlardır.
İkinçi iclasın qanunsuzluğunu sübut edən arqumentlərdən biri də yığıncağın keçirilməsi üçün lazımi kvorumun olmamasıdır. Belə ki, cəmiyyətin Nizamnamsinin tələbinə görə, ümumi yığıncaqların keçirilməsi üçün nümayəndələrin ücdə iki hissəsinin iştirakı və iştirak edənlərin üçdə ikisinin səsini toplamış namizəd cəmiyyətə sədr seçilə bilər”.
Sədaqət SÜLEYMANOVA
P.S.Qarşı tərəfin də mövqeyini verəcəyik.