Modern.az

Hafiz Hacıyev: “Jirinovski sərsəmləyir”

Hafiz Hacıyev: “Jirinovski sərsəmləyir”

Aktual

7 Fevral 2017, 13:43

Rusiyada Liberal-Demokrat Partiyasının  lideri Vladimir Jirinovski  “Tsarqrad TV” kanalına müsahibəsi zamanı,keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də öz-özünə həll olunacağını deyib:

 

“Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası. Çarın vaxtındakı kimi”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a bildirib ki, Jirinovski öz sözünü demir, o, Rusiya dövlətinin sözçüsüdür.

 

“Onun dediyi sözlər dövlətin xətti ilə olur. Jirinovski sərsəmləyir. O, sərsəm sözləri ilə hər zaman gündəmə gəlir. Amma məsələ buundadır ki,  Jirinovskinin dediklərini Azərbaycanda real həyata keçirmək istəyən müəyyən qüvvələr var. O qüvvələr çox təhlükəlidir. Kimin nə deməsindən asılı olmayaraq, gələcəkdə bizi gözləyən bu cür fəlakətlərin, təhlükələrin qarşını almaq üçün ancaq milli birlik, həmrəylik lazımdır.

 

Azərbaycan xalqı bu gün elə bir vəziyyətdədir ki, çox kövrək illər yaşayırıq.  Jirinovskinin və başqalarının müəyyən açıqlamaları ilə Azərbaycanın hədəf seçilməsi elə-belə bir məsələ deyil. Ola bilər ki, bu kimlərəsə yumşaq gəlsin və kimlərsə bunu qulaq ardına versin”.  

 

H. Hacıyevin sözlərinə görə,  Jirinovskinin fikirlərində məkrli bir planın yatdığını görmək mümkündür.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB