Modern.az

Milli Şurada gənclərin sosial şəbəkələrdəki aktivliyi müzakirə olunub (FOTOLAR)

Milli Şurada gənclərin sosial şəbəkələrdəki aktivliyi müzakirə olunub (FOTOLAR)

30 Mart 2011, 15:17


Martın 30-da Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (ARGTMŞ)  Məclisinin növbəti iclası keçirilib. Milli Şuranın mətbuat xidmətinin məlumatına görə, tədbirdə quruma üzv olan Uşaq və Gənclər təşkilatlarının rəhbərləri, Gənclər Təşkilatları Milli Şurasının idarə heyəti və katibliyi iştirak edib. Məclisi Milli Şuranın sədri Fuad Muradov açıq elan edib. Sonra gündəlik təsdiqlənib.

İlk olaraq ARGTMŞ-ın katibliyinin 2011-ci ilin I rübü üçün hesabatı dinlənilib. Hesabatı Milli Şuranın Baş katibi Orxan Ərəbov təqdim edib.

Gündəlikdə duran növbəti məsələ - Virtual sosial şəbəkələrdə gənclərin aktivliyi məsələsi müzakirə edilib. Bildirib ki, müasir dövrün tələbi olan virtual şəbəkələrdə gənclərin aktivliyi son illərdə daha çox artıb.

Məclisdə ARGTMŞ-ın növbəti qurultayını keçirilməsi elan edilib və qurultayın təşkilat komitəsi yaradılıb.

Məclisin sonunda bir sıra cari məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 11 gənclər təşkilatı tərəfindən 1995-ci ildə təsis edilib, 31 yanvar 1996-cı ildə isə dövlət qeydiyyatına alınıb. Hal-hazırda  öz ətrafında 70 uşaq və gənclər təşkilatlarını birləşdirir. ARGTMŞ gənclərin beynəlxalq əlaqələrinin qurulması və möhkəmləndirilməsində, inkişaf etmiş ölkələrdə təcrübə mübadiləsi və qeyri-formal təhsil imkanlarının inkişaf etdirilməsində, eləcə də qlobal səviyyədə gənclər işinin gücləndirilməsində səylərini davam etdirir.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal