Azərbaycanda səfərdə olan İndoneziya deputatları dünən ölkəmizdə fəaliyyət göstərən Penşak Silat Federasiyasını ziyarət ediblər. Əcnəbi deputatları İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie müşayiət edib. Qonaqlar federasiyanın məşq zalında olublar və idmançılarla görüşüblər. Səfir Husnan bey Fananie idmançılar qarşısında çıxış edib və məlum olub ki, o da idmanla ciddi məşğuldur. O, Penşak Silat idman növü ilə bağlı bir neçə nömrə göstərib.
Modern.az