"Kasıb təbəqə tələbə kreditlərindən bəhrələnməlidir"
Bunu ""Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə Dünya Azərbaycan Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib. Onun sözlərinə görə, ali təhsil əsas amillərdən biridir:
"Azərbaycanda həm varlı, həm də kasıb təbəqə var. Ona görə də onlar tələbə kreditindən bəhrələnməlidirlər. Bu məsələ ilə bağlı millət vəkilləri, rektorlarla tez-tez görüşlərimiz olacaq. Onun üçün bu yolda təhsil sisteminə köməklik göstərə biləcəyik".
O qeyd edib ki, tələbə krediti təhsil alanlar üçün çox vacibdir:
"Tələbə krediti ali təhsildə yetərli imkanlar yaradacaq”.
Namidə Bingöl