Modern.az

Türkiyənin səfiri BANM-də

Türkiyənin səfiri BANM-də

Aktual

8 Fevral 2017, 11:32

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşdü. Səfiri salamlayanrektor Elmar Qasımov onu Ali Məktəbdə  görməkdən məmnun olduğunu bildirdi.

 

Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxundu. Elmar Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs etdi. Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açdı. O, BANM-ləTürkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirdi.Elmar Qasımov yaxın vaxtlarda Ali MəktəbləYÖK(Yüksekoğretim Kurulu)arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğuladı.RektorTürkiyəninOrta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasına maraq ifadə etdi. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət etdi. 

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirdi. SəfirTürkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirdi. Iki qardaş ölkə arasında əlaqələrin  inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu dedi. Səfir Ali MəktəbləTürkiyənin  ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu dedi.

 

Görüşdəqarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olundu.

Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim etdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB