Modern.az

“Tələbə kreditləri sosial gərginliyi aradan qaldırır”

“Tələbə kreditləri sosial gərginliyi aradan qaldırır”

Aktual

8 Fevral 2017, 12:17

"Təhsil və İnsan Resuslarının fəaliyyəti ilə bağlı tələbə kreditinin böyük üstünlükləri var. Bu sahədə işin aparılması aztəminatlı ailələr üçün sosial müdafiənin bir yoludur. Eyni zamanda iqtisadi cəhətdən olduğu kimi siyasi cəhətdən də çox mühim addımdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, tələbə krediti təhsilə çıxış imkanları genişləndirəcək və bu, sosial gərginliyin aradan qaldırılmasına kömək olacaq.

Deputat qeyd edib ki, tələbə kreditini MDB məkanında yeni addım kimi qiymətləndirmək olar:

"Bu sistem ödənişli təhsil alan tələbələrə də tətbiq edilməlidir. Ödənişli təhsil alıb, maddi vəziyyəti aşağı olan və ya oxuyan tələbəy də verilməlidir. Keyfiyyət amilinə diqqət yetirilməldir. Mütləq güzəştlər nəzərə alınmalıdır. Güzəştlər vasitəsilə tələbələr dövlətin inkişafına xidmət etmiş olurlar".

 

Namidə Bingöl 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB