Modern.az

Arvadının borcunu ödəmək üçün sevgilisindən olan oğlunu satdı

Arvadının borcunu ödəmək üçün sevgilisindən olan oğlunu satdı

Aktual

8 Fevral 2017, 12:25

Çin sakini sevgilisindən olan oğlunu qanuni arvadının borcunu ödəmək məqsədilə satıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Çen soyadlı 34 yaşlı kişinin 2012-ci ildə qanuni nikahdan oğlu olub.

 

Ailənin uğurli biznesi olub. Sonradan kişi Tsyansi əyalətində özünə sevgili tapıb və bu qadından 2014-cü ildə daha bir oğlu dünyaya gəlib.

 

 Çen sonrakı müddətdə problemlərə görə mağazalarının çoxunu bağlamağa məcbur olub və ailə borc götürüb. Çətin maliyyə vəziyyətindən çıxmaq, həm də sevgilisindən olan oğlunu saxlaya bilmədiyi üçün kişi onu satmağa hazırlaşıb.

 

2016-cı iloin oktyabr ayında qanuni arvadı ailənin borcunu qaytara bilməməsinə görə intihara cəhd edib. Onda kişi internet vasitəsilə sevgilisindən olan oğlunu 6,5 min dollara satıb. Bu məbləğdən 3,4 min dolları arvadına borclarının bağlanması üçün verib, qalan pulu özünə saxlayıb.

 

Polis sonradan satılan oğlanı anasına qaytarıb, Çen isə uşaq satdığına görə məhkəməyə verilib. O, bəyan edib ki, qanuni arvadından olan oğlununikahdandan kənar qadından olan oğlundan çox istəyir.

 

Çenin hansısa müddətə azadlıqdan məhrum edilib-edilmədiyi açıqlanmır.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB