Fevralın 7-də saat 12 radələrində Yasamal rayonunun H.Məcidov küçəsində yaşayan Tofiqə Quliyevanın evində yanğın baş verib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində evin 12 kvm. sahəsi yanıb, yanğın söndürüldükdən sonra mənzildən ev sahibəsinin tüstüdən boğulmuş meyiti tapılıb.
Araşdırma aparılır.
Modern.az