Modern.az

Kremldən Lapşinin Bakıya verilməsinə REAKSİYA

Kremldən Lapşinin Bakıya verilməsinə REAKSİYA

Aktual

8 Fevral 2017, 14:09

“Bakıya ekstradisiya olunan Aleksandr Lapşinin taleyi haqda danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün bütün lazımi hüquqi addımlar atılır”.

 

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.


Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Lapşinin Bakıya verilməsindən təəssüfünü dilə gətirib.

 

“Rusiya tərəfi Belarusun müttəfiqlik ruhuna cavab verməyən qərarından dərin təəssüf hissi keçirir”.

Nazirlik Lapşinin ailə üzvləri ilə görüşməsi üçün lazımi tədbirlərin də həyata keçirildiyini bildirib.

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB