Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Prezident təqaüdçüsü və Prezident mükafatçıları olan, yaşı 65-i və 70-i ötmüş bir qrup xalq və əməkdar artisti yarımştata keçirilib.
Teatrda yarımştata keçirilən qocaman Xalq artistlərindən biri Tariyel Qasımov Modern.az-a açıqlamasında məsələyə çox müsbət münasibət bildirib. O, yarımştat keçirilməsinə baxmayaraq, rəhbərliyin bu qərarından razılığını dilə gətirib:
“Bu qayda mənə də şamil olundu. Çox düz edirlər. Qoy cavanlar artıq maaş alsınlar. Biz hazırda prezident təqaüdü alırıq, evlə təmin olunmuşuq, maaş və təqaüdümüz yaxşıdı. Qoy indi cavanlar üçün yol açılsın. Mən bu qərarla böyük məmnuniyyətlə razılaşdım. Direktora da dedim ki, yaxşı edirsiniz, çox sağ olun ki, siz gənclərin qayğısına qalırsınız. Çünki bizə verilməli olan yarımştatın maaşı da gənclərin maaşını artıracaq”.
E.Nazimoğlu