Modern.az

Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı dinləmə keçiriləcək

Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı dinləmə keçiriləcək

Aktual

8 Fevral 2017, 15:16

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət  Komitəsindən Modern.az-a verilən məlumata görə, bu tədbirlərə elmi-praktik konfranslar, dəyirmi masalar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fləşmoblar və s. daxildir.

 

Avropanın bir çox ölkələrinin - Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya və digər ölkələrində, Türkiyədə, Kanadanın, ABŞ-ın müxtəlif şəhərlərində, MDB ölkələrində etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarında videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq, yerli qanunverici orqanlara müraciətlər göndəriləcək.

 

Avropa fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Almaniya, Belçika, İsveçrə, İsveç, Niderland, Danimarka və digər ölkələrin mərkəzi meydanlarında etiraz aksiyaları, yerli parlamentin üzvləri ilə görüşlər, elmi-praltik konfrans, dəyirmi masa və digər tədbirlər keçirməklə Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını yerli ictimaiyyətə çatdıracaqlar.

 

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti fevralın 24-də  Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinq keçirəcək. Fevral ayının 25-də isə Nyu York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Bundan başqa, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN), Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi və digər təşkilatlar tərəfindən ABŞ-ın Vaşinqton, Mayami, Hyuston, Los-Anceles, San-Fransisko şəhərlərində də anım tədbirləri keçiriləcək.

Xocalı soyqrımı qurbanlarının xatirəsi Kanadanın Toronto, Monreal, Kalqari, London şəhərlərində də anılacaq.

 

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə, Avstraliya, Qazaxıstan, Moldovada kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq.

 

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Türkiyə Böyük Millət Məclisində fevralın 25-26-da Xocalı soyqırımı ilə bağlı dinləmələr keçiriləcək.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB