Modern.az

Tarixçi alim Yaqub Mahmudov haqda VİDEOtəqdimat hazırlandı

Tarixçi alim Yaqub Mahmudov haqda VİDEOtəqdimat hazırlandı

Aktual

8 Fevral 2017, 15:43

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun 78 yaşı tamam olur.

 

Modern.az-ın məlumatına görə, Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent) və BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan) işləyib, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.

 

Y.Mahmudov 1999-cu ildə mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunub.

 

Z.Alilinin Yaqub Mahmudovun elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hazırladığı videotəqdimatı təqdim edirik.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB