Modern.az

Tanınmış tarzəndən Canəli Əkbərova MƏSLƏHƏT: "Xan Şuşinski öz işi ilə məşğul idi"

Tanınmış tarzəndən Canəli Əkbərova MƏSLƏHƏT: "Xan Şuşinski öz işi ilə məşğul idi"

Aktual

8 Fevral 2017, 16:56

Xalq artisti, muğam ustası Canəli Əkbərovun xanəndə həmkarları Arif Babayev, Mənsum İbrahimov və Əlibaba Məmmədov haqqında dedikləri sözlər iki gündür ki, media və sosial şəbəkələrdə müzakirə olunur.

 

Qeyd edək ki, Xalq artisti Ağaxan Abdullayevin vəfatından sonra muğam müsabiqəsindəki boş qalan münsif yerinə Canəli Əkbərovun təyin edilmə ehtimalını narazılıqla qarşılayan xanəndələr, hətta belə olacağı halda münsiflikdən imtina edəcəklərini də bildiriblər. Bu etirazdan sonra Canəli Əkbərovun media vasitəsilə onlara verdiyi cavab daha sərt olub.

 

Müsabiqənin sabiq münsifi, xalq artisti, tanınmış tarzən Ramiz Quliyev Modern.az-a açıqlamasında sənətkarların bu cür qalmaqallardan uzaq olmasını, yalnız işləri ilə fərqlənməli olduqlarını dilə gətirib:

 

“Ümumiyyətlə, mən bu cür məsələlərə qarışmıram. Mətbuatda nə yazıldığından da xəbərim yoxdur. Canəli Əkbərov münsiflər haqqında nə deyib, onu bilmirəm. Amma burada təkcə o sənətkarlarlıq, münsiflərlik iş yoxdur. Ortada böyük kollektiv var ki, birləşib münsifləri təyin edirlər, müsabiqə haqqında qərarlar verirlər. Bu muğam müsabiqəsinin bir işi də insanlara, cəmiyyətə qulluq eləməkdir. Kimi məsləhət bilirlərsə, onu da münsif kimi dəvət edirlər.

 

Mənim özümü iki dəfə o müsabiqəyə münsif kimi dəvət ediblər, amma bu dəfə dəvət etməyiblər. Nə olar ki, çağırmayıblarsa, deməli, belə məsləhət görüblər. Bir dəfə çağırarlar, bir dəfə isə yox. Bunu ictimailəşdirmək, ara adamları ilə müzakirəyə çıxarmaq olmaz. Mən beləşeylərə çox pis baxıram. Rəhmətlik Xan əmi, Seyid Şuşinski başını aşağı salıb öz işləri ilə məşğul olurdular. 50 il bundan əvvəl belə şeylər heç vaxt ola bilməzdi”.

 

E.Nazimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB