Modern.az

Qırmızı Xaç Komitəsinin 6 əməkdaşı öldürüldü

Qırmızı Xaç Komitəsinin 6 əməkdaşı öldürüldü

Aktual

8 Fevral 2017, 18:06

Əfqanıstanın Kuiş Tepa rayonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 əməkdaşı öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Caurcana vilayətinin qubernatoru Lütfulla Əzizi məlumat verib.

 

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Taliban hərəkatının rəsmləri isə heç vaxt humanitar missiya həyata keçirən insanlara hücum etmədiklərini bildirib.

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB