Modern.az

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

Aktual

8 Fevral 2017, 18:08

“Çingiz Qurbanova Milli Qəhrəman adının verilməsi mühüm hadisədir.  Ali baş komandan, prezident  tərəfindən son illər ordu quruculuğu istiqamətində aparılan islahatlar, görülən işlər göz önündədir. Bu, müharibə veteranları tərəfindən  böyük ruh yüksəkliyi ilə qarşılanır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib.

O  qeyd edib ki, Azərbaycan ordusu nəinki region, hətta, dünya çapında tanınan bir ordudur.

“Artıq son hadisələr onu göstərdi ki, Qarabağ uğrunda döyüşənlərə, şəhidlərimizə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Bu qəbildən olan hər bir ailə Azərbaycan prezidentinin diqqətindədir. Bu da insanda ruh yüksəkliyini daha da artırır. Həmçinin,  torpaqlarımızın  işğaldan azad etmək zəmini gücləndirir”.

Füzuli Rzaquliyev, bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə də toxunub.

“Düşünürəm ki, bu da Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir. Azərbaycanın hərtərəfli uğuru göz önündədir. Həm də Azərbaycan xalqının, ordusunun  Ali baş komandanla birgə olmasının bariz nümunəsidir. Qarabağ veteranları Ali baş komandanın yanındadır. Ali baş komandandan əmr gözləyirik. Biz düşünürük ki, mütləq ali baş komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bizim dünya çapında tanınan liderimiz, Ali baş komandanımız, ali baş komandanımıza arxa olan Azərbaycan xalqının iradəsi var. Ona görə də torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB