Modern.az

"Rusiya konsulu yaxın iki gündə Aleksandr Lapşinlə görüşəcək" - XİN rəhbəri

"Rusiya konsulu yaxın iki gündə Aleksandr Lapşinlə görüşəcək" - XİN rəhbəri

Aktual

8 Fevral 2017, 20:15

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb. Modern.az saytı xəbər verir ki, bu barədə “RİA Novosti”  məlumat yayıb.

Məlumata görə, görüşdə Belarusdan Azərbaycana ekstradisiya olunan bloger Aleksandr Lapşinlə bağlı məsələ müzakirə edilib.

Agentliyin sualını cavablandıran Elmar Məmmədyarov bildirib ki, Rusiya konsulunun yaxın iki gündə Belarusdan Azərbaycana ekstradisiya olunmuş bloger Aleksandr Lapşinlə görüşəcəyi gözlənilir: “Biz məsələ ilə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Çox güman ki, Rusiya konsulu sabah və ya birisi gün Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Səfirliyin onunla danışmaq üçün imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Hər hansı bir maneə görmürəm”.

A.Lapşinin gələcək taleyi ilə bağlı sualı cavablandıran nazir bildirib ki, bu, istintaqın nəticəsindən asılı olacaq "O, qanunları pozub və bu səbəbdən cinayət işi başlanılıb, nəticədə İnterpol xətti ilə axtarışa verilib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və son qərarı da məhkəmə verəcək". 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB