Modern.az

Bir ildə 68 partlayış: 12 ölü, 88 yaralı

Bir ildə 68 partlayış: 12 ölü, 88 yaralı

Aktual

8 Fevral 2017, 23:44

Ötən il respublika ərazisində 68 partlayış hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu da 2015-ci illə müqayisədə 6 hadisə və ya 10 faiz çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 88 nəfər xəsarət alıb. Hadisələrin 47-si fərdi evlərdə, biri fərdi evin yardımçı tikililərində, 7-si çoxmənzilli yaşayış binalarında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 1-i ticarət obyektlərində, 3-ü istehsalat obyektlərində, 2-si sənaye obyektlərinin binalarında, 1-i magistral neft-qaz boru kəmərlərində, 1-i sənaye neft-qaz boru kəmərlərində, 2-si kənd təsərrüfatı obyektlərində, biri anbarlarda və bazalarda, 1-i isə kommunikasiyalarda baş verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB