Lənkəranda yanğın bir ailəni evsiz qoyub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Lənkəran rayonu, Gərmətük kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 150 kvadrat metr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 kvadrat metr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az