Modern.az

Bakıda iki xanım əcnəbi futzalçını qarət etdi

Bakıda iki xanım əcnəbi futzalçını qarət etdi

Aktual

9 Fevral 2017, 00:14

Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub. Modern.az saytı “Report"a istinadən xəbər verir ki, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB