Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ermənilər tərəfindən girov götürülən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, Komitə saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır:
“Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək beynəlxalq humanitar hüquq normalarına görə Qırmızı Xaç Komitəsinin mandatıdır. Razılıq əldə edilən kimi başçəkmə həyata keçiriləcək”.
Azərbaycan vətəndaşı E. Hüseynzadə bir neçə gün əvvəl Tərtərin Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilər tərəfindən girov götürülüb.
Gülşən RAUFQIZI