Bakı Metropoliteni 2016-cı ildə elan etdiyi 3 tenderin davamından imtina edib.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hər 3 satınalma proseduruna xitam verilməsi şirkətin maliyyə imkanlarının məhdud olması ilə bağlıdır.
İmtina edilən tenderlər 2016-cı il oktyabrın 11-də və 26-da elan edilmiş, dekarın 14-də isə nəticələri açıqlanmış işçilər üçün fərdi mühafizə vasitələrinin satın alınmasına dair tenderdən, avqustun 7-də və 19-da elan olunmuş, nəticələri sentyabrın 30-da açıqlanmış "Bənövşəyi xətt" üzrə şərti adı “B03” olan stansiya üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderdən, eləcə də avqustun 17-də və 30-da elan edilmiş, oktyabrın 14-də nəticələri açıqlanmış adı çəkilən stansiya üçün tunel və güc ventilyatorlarının, dempferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin satın alınmasına dair tenderlərdir.
Gülşən RAUFQIZI