Modern.az

Sumqayıt sakini qonağını baltalayıb öldürdü

 Sumqayıt sakini qonağını baltalayıb öldürdü

Aktual

9 Fevral 2017, 10:07

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB