Fevralın 8-də saat 23 radələrində Masallı rayonunun Qızılavar kəndində rayon sakini Həbib Ağayev idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolun kənarı ilə gedən piyadalar - Tohid İbrahimovu, Yunus Həsənovu və Rüfət Bədəlovu vurub.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hər üç piyada xəstəxanaya yerləşdirilib, R.Bədəlov orada ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Modern.az