Modern.az

Azərbaycanda 25 yaşlı gənc 45 yaşlı qadını öldürüb

Azərbaycanda 25 yaşlı gənc 45 yaşlı qadını öldürüb

Aktual

9 Fevral 2017, 12:26

Fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad RPŞ əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində  P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətməsini etiraf edib.
Araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB