Modern.az

Aşıqlar Birliyi niyə yerində sayır? - AÇIQLAMA

Aşıqlar Birliyi niyə yerində sayır? - AÇIQLAMA

Aktual

9 Fevral 2017, 17:32

Son vaxtlar Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti nəzərə çarpmır. Qurum sanki yerində saymaqla məşğuldur.

“Aşıqlar Birliyinin fəaliyyəti haqqında geniş söhbət açmaq olar və bu haqda daha ətraflı danışmaq lazımdır. Amma ən yaxın zamanlarda keçirəcəyimiz tədbirlər haqqında qısaca məlumat verim. Martın əvvəllərində xanım aşıqların konsertini keçirəcəyik. Hazırda ona hazırlıq gedir. Birlik bu hazırlıq işləri ilə məşğul olur. Bundan əlavə, ustad aşıqlar seriyasında növbəti kitabları hazırlayırıq. Artıq bir neçəsini çapa göndərmişik, bu yaxınlarda həmin kitablar işıq üzü görəcək”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru Məhərrəm Qasımlı yaradıcı qurumun hazırki fəaliyyətindən bəhs edərkən qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda M. Qasımlının birliyə sədr seçilməsindən bir шl ötəcək. Mərhum Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra qurumun üçüncü sədri seçilən professor Aşıqlar Birliyində yeni layihələrin də olacağını, bu istiqamətdə müəyyən işlərin görüldüyünü bildirib:

“Azərbaycan Dövlət Televiziyası ilə birgə “Saz-söz axşamı” adlı müştərək proqram hazırlamışıq. Bu layihədən artıq üç buraxılış gedib”.

E.Nazimoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB