Modern.az

Türkiyədə 4 İŞİD üzvü intiharçı kəməri ilə saxlanılıb

Türkiyədə 4 İŞİD üzvü intiharçı kəməri ilə saxlanılıb

9 Fevral 2017, 18:31

Türkiyənin cənub-şərqində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 4 yaraqlısı saxlanılıb.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, hazırda onlar prokurorluqda sorğu-sual edilirlər.

 

Məlumata görə, ekstremistlərdən 150 kiloqram partlayıcı, 24 intiharşı kəməri, iki Kalaşnkiov avtomatı, quraşdırılan partlayıcını məsafədən idarəetmə sistemi olan 19 mobil telefon, bomba üçün 21 saat mexanizmi, intiharçı üçün 20 partlayıcı, eləcə digər silah və terror törətmək üçün nəzərdə tutulan matereiallar götürülüb.

 

Prokurorluqdan bildirildiyinə görə, yaraqlılar Türkiyədə sensasiyalı hücum hazırlığında və Suriyadakı qruplaşmalarla əlaqədə olublar. Saxlanılanlardan biri əvvəlcədən axtarışda olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB