Modern.az

Avropa Məhkəməsi qərarlarının icrasını ədliyə naziri ilə müzakirə edilib

Avropa Məhkəməsi qərarlarının icrasını ədliyə naziri ilə müzakirə edilib

9 Fevral 2017, 20:02

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Destekslə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası, məhkumların saxlanma şəraiti, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları ətrafında fikir mübadiləsi aparılıb, habelə açıq hökumətin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər müzakirə olunub.

Söhbət zamanı, həmçinin, dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

Tədbirdə ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB