Modern.az

Rusiya Suriyada türk hərbçiləri bombaladı: 3 ölü, 11 yaralı

Rusiya Suriyada türk hərbçiləri bombaladı: 3 ölü, 11 yaralı

Dünya

9 Fevral 2017, 20:16

Rusiya hərbi təyyarəsi bu gün Suriya ərazisinə növbəti dəfə raket zərbəsi endirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə türk hərbçiləri həlak olub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bununla bağlı yaydığı açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib.: “Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.  Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB