Modern.az

"Azərpoçt"da yeni  formatda xidmət

"Azərpoçt"da yeni  formatda xidmət

Aktual

9 Fevral 2017, 23:15

Yaxın günlərdə "Azərpoçt" MMC Bakıda "Şəbəkə" xidmət mərkəzi açacaq. Modern.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdəki mənbə məlumat verib. Məlumata görə, mərkəz "vahid pəncərə" sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

Bu ilin ilk yarısınadək Bakıda beş "Şəbəkə" mərkəzinin açılması planlaşdırılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB