Modern.az

Olland Sarkisyanı Parisə çağırdı

Olland Sarkisyanı Parisə çağırdı

10 Fevral 2017, 00:26

Fransa prezidenti Fransua Olland ermənistanlı həmkarı Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransua Olland bildirib.

Fransua Ollandın sözlərinə görə, Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı S.Sarkisyanı Parisə dəvət edib: "8 marta nəzərdə tutulmuş səfər çərçivəsində əsas müzakirə mövzusundan biri də Qarabağ münaqişəsi olacaq. Bu münaqişənin həlli üçün sülh yollarını tapmaq əhəmiyyətlidir".

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB