Modern.az

ABŞ-ın ən yaşlı sakini 114 yaşında öldü

ABŞ-ın ən yaşlı sakini 114 yaşında öldü

Aktual

10 Fevral 2017, 11:10

ABŞ-ın ən yaşlı sakini vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Birləşmiş Ştatların ən yaşlı sakini Adele Danlap 114 yaşında idi. Nyu Cersi əyalətində yaşayan bu qadın 12 dekabr 1902-ci ildə anadan olub.

 

Son 14 ilini qocalar evində keçirən qadın evləndikdən sonra müəllimlik işini buraxıb.

Adelenin oğlu Örl anasının uzun yaşama səbəbini bilmədiyini deyib:

"Heç vaxt gəzintiyə çıxmaz, idmanla məşğul olmazdı. Bir müddət siqaret çəkib. Atam infarkt olduqdan sonra ikisi də siqareti tərgitdi. İstədiyi hər şeyi yeyərdi".

 

Artıq ABŞ-ın ən yaşlı sakini Pensilvaniyada yaşayan 113 yaşlı qadın Delfin Gibsonsur.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?