Modern.az

Hərbi prokuror: “297 nəfər axtarışa verilib, heç biri tutulmayıb”

Hərbi prokuror: “297 nəfər axtarışa verilib, heç biri tutulmayıb”

Aktual

10 Fevral 2017, 12:33

“1988-ci ildən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz edilib. Təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də qırğınlar törədilib. Yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi Hərbi Prokururluqda öyrənilib”.

Modern.az xəbər verir ki , bunu Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

Xanlar Vəliyev Ermənilərin törətdikləri cinayətlərlə bağlı 2005-ci il mayın 5-dən etibarən cinayət işinin başladıldığını deyib.

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb:

“Bu günə qədər onların heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq İnterpol təşkilatı da eyni mövqedə durub”.

Daha sonra isə hərbi prokuror qanun layihəsindəki bəzi detallarla bağlı fikrini açıqlayıb. O, redaktə tipli dəyişikliklərin olmasının vacib olduğunu qeyd edib.


Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB